Türkiyə Əfqanıstana tibbi yardım göndərib

Türkiyə Əfqanıstana tibbi yardım göndərib

Bakı. TurkicWorld:

Türkiyə Əfqanıstana tibbi yardım göndərib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Əfqanıstandakı səfirliyinin müşaviri Ömər Doğrukol deyib.

Talibanın müvəqqəti hökumətinin Səhiyyə Nazirliyinin müraciəti əsasında Türkiyədən Əfqanıstana 18 ton tibbi ləvazimat verilib. Yardım Türkiyənin Kabildəki səfirliyinin əməkdaşları tərəfindən Əfqanıstan Səhiyyə Nazirliyinin rəsmilərinə çatdırılıb.

“Beynəlxalq ictimaiyyətin Əfqanıstandakı humanitar ehtiyaclara diqqət yetirməlidir. Türkiyə son iki ildə Əfqanıstana böyük miqdarda yardım çatdırıb.”– deyə Doğrukol bildirib.

O qeyd edib ki, yardım əsasən cərrahi əməliyyat materialları, sterilizasiya materialları, maskalar, müxtəlif tibbi cihaz və bölmələrdən ibarət olub.

Hafiz Rufizoğlu