Bakı. TurkicWorld:
Dünyanın 5-dən böyük olduğunu deyən Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının 5 ölkənin monopoliyasından çıxarılmasını və üzvlərin sayının artırılmasını tələb edib.
TurkicWorld-un məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə 193 ölkənin təmsil olunduğu Baş Assambleyanın funksiyasını artıraraq Birləşmiş Millətlər Təşkilatında hərtərəfli islahatlar tələb edir. Əks halda qlobal problemlərin həlli qeyri-mümkün görünür.
Türkiyənin çağırışına ABŞ başda olmaqla, bir çox ölkələr Almaniya, Hindistan, Braziliya, Yaponiya, Polşa və Qətər də dəstək verib.
Rusiya və Çin isə Təhlükəsizlik Şurasında islahatlara qarşıdırlar.
Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyası 19-25 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.
Aytac Süleymanova
Twitter: a_alieva_