TÜRKSAT 6A rabitə peykini gələn il kosmosa buraxmağı planlaşdırırıq - Uraloğlu

TÜRKSAT 6A rabitə peykini gələn il kosmosa buraxmağı planlaşdırırıq - Uraloğlu

Bakı. TurkicWorld:

TÜRKSAT 6A rabitə peykini 16 iyun 2024-cü il tarixində kosmosa buraxmağı planlaşdırırıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu danışıb.

"TÜRKSAT 6A tamamlandıqdan sonra, 42 şərq uzunluğunda xidmət göstərəcək və geosentrik orbitdə, 35 min 786 kilometr məsafədə yerləşəcək. 7,5 kVt gücündə yerli və milli rabitə peyki 20 ötürücü ilə təchiz ediləcək. Peyk, Ku diapazonunda xidmət göstərəcək və əvvəlki peyklərin çatmadığı Cənub-Şərqi Asiya kimi regionlara çıxışı təmin edəcək. Uçuş kompüteri, güc paylayıcı, elektrik təhlükəsizliyi mühərriki, yanacaq anbarı kimi kritik komponentlərin yerli imkanlarla istehsalı xaricə asılılığı azaldacaq və yerliləşmə sürətini artıracaq",- deyə nazir qeyd edib.

Uraloğlu bildirib ki, TÜRKSAT 6A rabitə peyki ölkəmizi dünyada rabitə peykləri istehsal edə bilən ilk 11-liyə daxil edəcək.

"TÜRKSAT 6A layihəsi TÜRKSAT, Türkiyə Milli Müdafiə Nazirliyi və TUSAŞ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. TÜRKSAT 6A peykinin montajı, inteqrasiyası və sınaqları davam edir. Hal-hazırda üç ayrı modelin istehsalının planlaşdırıldığı TÜRKSAT 6A peyk layihəsində, termal struktur kvalifikasiya modeli, mühəndislik modeli və uçuş modeli, istilik quruluş və mühəndislik modellərinin istehsalı, inteqrasiyası və sınaqları tamamlanıb. İlk sistem səviyyəsində funksional testlər, termal vakuum testi, vibrasiya testi, akustik test və elektromaqnit uyğunluq testləri üzrə işlər yekunlaşıb”, - deyə o əlavə edib.

Türkiyəli nazir vurğulayıb ki, TÜRKSAT 6A-nın 31 Mart 2024-cü ildə daşınmağa hazır olmasının hədəfləndiyini və Space X şirkəti ilə 2021-ci ilin iyul ayında buraxılması üçün imzalanan müqaviləyə uyğun olaraq 16 iyun 2024-cü ildə kosmosa buraxılması planlaşdırılır.

''Son sınaq mərhələsi olan sistem səviyyəsində kompakt sahə antenası testi (CATR) üçün hazırlıqlara başlanılıb. Antenna və günəş panellərinin yerləşdirmə sınaqları oktyabrda, başladıcının uyğunluğu və piro testləri noyabrda başlayacaq. CATR və ya kompakt sahə antena testindən sonra günəş panellərinin inteqrasiyası və kütlə xüsusiyyətlərinin ölçülməsi 2024-cü ilin fevral ayında həyata keçiriləcək. Bütün bu sınaqlar başa çatdıqdan sonra peykimiz kosmosa çatdırılmağa hazır olacaq",- deyə Uraloğlu qeyd edib.

Məlumat üçün bildirək ki, TÜRKSAT 6A-nın layihə müqaviləsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 15 dekabr 2014-cü il tarixində TÜBİTAK və TÜRKSAT arasında imzalanıb.

Aytac Süleymanova

Twitter: a_alieva_