Son dəqiqə

Türkiyə İzmir

Türkiyədə yanğınsöndürən helikopter qəzaya uğrayıb

Bakı. TurkicWorld:

Türkiyənin İzmir şəhərində meşə yanğınının söndürülməsində iştirak edən yanğınsöndürən helikopter ötən gecə Tahtalı su anbarından su götürərkən qəzaya uğrayıb.

TurkicWorld xəbər verir ki, bir ekipaj üzvü xilas edilib, daha üç nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, ötən gün İzmirin Menderes rayonunda meşə yanğını başlayıb, hadisənin səbəbi hələ müəyyən edilməyib.

Mövzuya görə xəbərlər