Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak etmək üçün 16-20 sentyabr tarixlərində ABŞ-a gedəcək.
TurkicWorld-un məlumatına görə, Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının ümumi müzakirələrinin ilk günü, sentyabrın 19-da Baş Assambleyada çıxış edəcək.
Prezident Ərdoğanın Nyu Yorkda başda həmkarları olmaqla bir çox yüksək səviyyəli təmas və görüşlər keçirəcəyi gözlənilir.
Səfər çərçivəsində Ərdoğan ABŞ-da yaşayan vətəndaşlar və qohum icma nümayəndələri ilə yanaşı, iş dünyasının nümayəndələri, beyin mərkəzlərinin rəsmiləri və Amerika cəmiyyətinin müxtəlif təbəqələrindən olan fikir liderlərinin qatılacağı tədbirlərə qatılacaq.
Aytac Süleymanova
Twitter: a_alieva_