Son dəqiqə

Bursa

Bursa polisi tərəfindən 100-dən çox şübhəli saxlanılıb

Bakı. TurkicWorld:

Bursa polisi tərəfindən 106 şübhəli saxlanılıb.

TurkicWorld-un məlumatına görə, Bursada min polis məmurunun iştirakı ilə axtarışda olan və cəzası dəqiqləşmiş şübhəlilərə qarşı keçirilən əməliyyatda 106 nəfər saxlanılıb.

135 ünvanda eyni vaxtda həyata keçirilən əməliyyat tədbirində “Qəsdən adam öldürmə”, “Oğurluq və dələduzluq”, “Talan”, “Narkotik vasitələrin qanunsuz dövriyyəsi” və “Rəsmi sənədləri saxtalaşdırma” cinayətləri ilə axtarışda olan və azadlıqdan məhrum edilmiş şübhəlilərin polis bölməsində əməliyyatları davam etdirilir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər