Bakı. TurkicWorld:
Türkiyədə "COVID-19" virusunun Eris variantı yayılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
Məlumata əsasən, virusun yeni variantı doqquz nəfərdə aşkar edilib.
"Xəstəliyə yoluxanların hamısı xarici ölkəyə səyahət edənlərdir və eyni vilayətdədirlər. Tədbirlər almağa və gündəlik həyatımıza davam edəcəyik", - deyə o əlavə edib.
Qeyd edək ki, Eris variantı COVID-19-un Omicron variantının alt növü kimi müəyyən edilib. İlk dəfə 2023-cü ilin fevralında Cənubi Afrikada aşkarlanan Eris virusunun sürətlə dünyanın digər bölgələrinə yayıldığı məlum olub. ÜST-ün son məlumatlarına əsasən, Eris variantı COVID-19-un digər variantlarına oxşar simptomlara səbəb ola bilər. Eris variantının digər variantlardan daha yoluxucu olub-olmadığı və ya COVID-19-un məlum ağır simptomlarından daha ağır simptomlara səbəb olub-olmadığı hələ aydın deyil. Bununla belə, bəzi araşdırmalar Eris variantının əvvəlki variantlardan daha yoluxucu ola biləcəyini də göstərir.
Əsas simptomlar bunlardır:
1.Hərarət
2.Öskürək
3.Boğaz ağrısı
4.Nəfəs darlığı və ya nəfəs almaqda çətinlik
5.Əzələ ağrıları və ya əzələ zəifliyi
6.Baş ağrısı
7.Yorğunluq
8.Burun axması və ya tutulması
9.Dad və ya qoxu hiss etməmə
10.İshal
Ləman Əsədli
Twitter: lamanasadli01