Son dəqiqə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası Mehmet Şimşek

Ərdoğan ABŞ-da beynəlxalq investorlarla görüşəcək

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 17-21 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak üçün ABŞ-a getdiyi zaman beynəlxalq investorlarla görüşəcək.

TurkicWorld-un məlumatına görə, BMT Baş Assambleyasında çıxış edəcəyi gözlənilən prezident Ərdoğanın Rusiya-Ukrayna müharibəsi, taxıl dəhlizi razılaşması, terrorla mübarizə və iqlim dəyişikliyi kimi mövzulara diqqət çəkəcəyi gözlənilir.

Rusiyanın taxıl dəhlizi razılaşmasına qayıtması üçün diplomatik səylərini davam etdirən Ərdoğanın BMT-nin baş katibi Antonio Quterreşlə görüşərək məsələni müzakirə edəcəyi bildirilib.

Bundan əlavə, Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək, BMT Baş Assambleyasında iştirakı çərçivəsində, Goldman Sachs-ın təşkil etdiyi 13-cü Türkiyə İnvestisiya Konfransında dünyanın aparıcı fond və portfel idarəçiləri ilə görüşəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər