Türkiyənin Yunanıstan və Suriya ilə sərhədində on terrorçu saxlanılıb

Türkiyənin Yunanıstan və Suriya ilə sərhədində on terrorçu saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin Yunanıstan və Suriya ilə sərhədində onu terrorçu olmaqla, 12 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İstintaq zamanı həmin şəxslərdən beşinin PKK/KCK/PYD-YPG, dördünün FETÖ, birinin isə İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi dekabr ayından bu günə qədər 892 terrorçu zərərsizləşdirib.

Ləman Əsədli

Twitter: lamanasadli01