Türkiyədən Yunanıstan və İrana keçməyə cəhd edən doqquz nəfər zərərsizləşdirilib

Türkiyədən Yunanıstan və İrana keçməyə cəhd edən doqquz nəfər zərərsizləşdirilib

Bakı,TurkicWorld

Türkiyədən qeyri-qanuni yollarla Yunanıstan və İrana keçməyə cəhd edən doqquz nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi X sosial media hesabında paylaşım edib,

“Sərhəd Qartallarımız ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstan və İrana keçməyə cəhd edən doqquz nəfəri və Suriyadan ölkəmizə qanunsuz keçməyə cəhd edən üç nəfəri yaxalayıb. Ələ keçirilən şəxslərdən dördünün PKK/KCK/PYD/YPG, ikisinin FETÖ, birinin isə DAİŞ terror təşkilatı üzvü olduğu müəyyən edilib”,- deyə paylaşımda qeyd olunub.