Yaşar Gülər ​​Vyetnam Müdafiə Sənayesi rəhbərini qəbul edib

Yaşar Gülər ​​Vyetnam Müdafiə Sənayesi rəhbərini qəbul edib

Bakı. TurkicWorld:

Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər ​​Vyetnam Müdafiə Sənayesi rəhbəri general-leytenant Quanq Tuanı qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, açıqlamada Tuanın Türkiyənin müdafiə sənayesini yaxından araşdırmaq və bu sahədə əməkdaşlıq etmək üçün Ankaraya gəldiyi bildirilib.

X: Lamanasadli01