Bakı. TurkicWorld:
Afrikadakı bütün qurumlarımızla müsbət imkanlar yaradan əməkdaşlıq modelini uğurla həyata keçirməyə davam edirik.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyib.
"Biz Türkiyə olaraq son 20 ildə Afrikanın genişlənməsi proqramını çoxölçülü şəkildə davam etdiririk. Bir müddət əvvəl Afrikada 12 olan səfirliklərimizin sayı indi 46-ya çatıb. Əvvəlcə səfirliyimizi açırıq, daha sonra isə mədəni fəaliyyətlərimizi Türk Hava Yolları, iş adamlarımız, TİKA ilə koordinasiyalı şəkildə davam etdiririk. Bu cür siyasət praktikada ölkələr tərəfindən yüksək qiymətləndirilir. Onlar görürlər ki, Türkiyənin nə müstəmləkəçilik, nə də hökmranlıq etmək niyyəti yoxdur. Biz könüllü əməkdaşlığa əsaslanan, malik olduğumuz imkanları onlarla bölüşən, eyni zamanda Afrikadakı bütün qurumlarımızla müsbət imkanlar yaradan əməkdaşlıq modelini uğurla həyata keçirməyə davam edirik",- deyə Hakan Fidan bildirib.
Aytac Süleymanova
Twitter: a_alieva_