Bakı. TurkicWorld:
Şimali Kipr Türk Respublikası məsələsi ilə bağlı Yunanıstanla müzakirələrimiz davam edəcək.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Yunanıstanın XİN rəhbəri Yorgo Gerapetritislə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.
"Yunanıstanla münasibətlərdə yeni və müsbət dövrə keçid etmişik. İki ölkə arasında dialoqun yenidən canlanması bizim üçün müsbət inkişafdır. Egey və Aralıq dənizi çərçivəsində problemlərimizi müzakirə etdik. Problemlərin həllinə yeni yanaşmalar gətirmək barədə razılığa gəldik", - deyə o vurğulayıb.
H.Fidan onu da bildirib ki, FETÖ, PKK və digər terror təşkilatlarına qarşı mübarizədə Yunanıstandan səmərəli əməkdaşlıq gözlənilir.
Ləman Əsədli
Twitter: lamanasadli01







