Son dəqiqə

Türkiyə Rize-Artvin Hava Limanı Abdulkadir Uraloğlu

Son 21 ildə tikdiyimiz tunel və körpülərlə tarixə imza atdıq - Uraloğlu

Bakı. TurkicWorld:

Son 21 ildə tikdiyimiz tunel və körpülərlə tarixə imza atdıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Hava limanlarının sayını 26-dan 57-ə çatdırdıq. 2007-ci ildə tamamlanan Qara dəniz sahil yolu Türkiyəni Qafqazla birləşdirən yoldur. Ovit tuneli yüz ildir ki, gözləyən bir layihə idi və Rəcəb Tayyib Ərdoğan sayəsində tikildi. Rize Hava Limanı dünyada dəniz üzərində inşa edilən beşinci hava limanı olaraq qeydə alındı. Son bir ildə ölkədə həyata keçirilən xidmətlər Cümhuriyyət tarixində icra olunmayıb", - deyə o vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin may ayında istifadəyə verilən Rize Hava Limanından 1 milyon 200 min sərnişin istifadə edib. Hava limanından bir il ərzində 8 min 510 uçuş həyata keçirilib ki, bunun 123-ü beynəlxalq uçuşlar olub.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər