Son dəqiqə

Türkiyə Avropa Afrika İstanbul Hava Limanı FedEx Ekspress Avropa

İstanbul Hava Limanı ilə FedEx Avropa qlobal hava nəqliyyatı obyekti tikəcək

Bakı. TurkicWorld:

İstanbul Hava Limanı ilə FedEx Ekspress Avropa şirkəti yeni qlobal hava nəqliyyatı obyektinin tikintisi üçün müqavilə imzalayıb.

TurkicWorld xəbər verir ki, layihənin 2024-cü ilin noyabr ayında tamamlanması planlaşdırılır.

Məlumata əsasən, layihə çərçivəsində Asiya, Afrika və Avropada nəqliyyat əməliyyatlarının inteqrasiyası təmin ediləcək.

Qeyd edək ki, İstanbul Hava Limanı yükdaşıma baxımından Avropanın ilk 10 hava limanı arasında birinci yerdədir. Logistika Mərkəzinin ümumi sahəsi 1,4 milyon kvadratmetrdir. Razılaşmadan sonra İstanbul Hava Limanı Karqo və Logistika Mərkəzindəki yük şirkətlərinin sayının 19-a çatdırılması planlaşdırılır.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər