Son dəqiqə

Türkiyə Avropa İttifaqı

Türkiyə Aİ-nin rəqəmsal Avropa proqramına qoşulacaq

Bakı. TurkicWorld:

Türkiyə ümumi büdcəsi 7,5 milyard avro olan Avropa İttifaqının (Aİ) rəqəmsal Avropa proqramına qoşulacaq.

TurkicWorld-un məlumatına görə, Avropa İttifaqı komissiyası Türkiyənin Avropada strateji rəqəmsal imkanların yaradılmasına və rəqəmsal texnologiyaların istifadəsinin genişləndirilməsinə yönəlmiş rəqəmsal Avropa proqramına daxil ediləcəyini açıqlayıb.

Aİ komissiyası Türkiyə ilə proqramda iştirakla bağlı assosiasiya sazişi imzalayıb və müvafiq təsdiq prosesləri tamamlandıqdan sonra saziş qüvvəyə minəcək. Türkiyədəki müəssisələr, ictimai qurumlar və digər uyğun təşkilatlar 2021-2027-ci illər dövründə ümumi büdcəsi 7,5 milyard avro olan rəqəmsal Avropa proqramı üçün edilən çağırışlara daxil ola biləcək, həmçinin Türkiyədə rəqəmsal innovasiya mərkəzləri yaradıla biləcək",- deyə Avropa İttifaqı komissiyası tərəfindən verilən açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, tərəfdaşlıq sazişi ilə Aİ və Türkiyə arasında rəqəmsal texnologiyalar sahəsində əlaqələr daha da güclənəcək.

Rəqəmsal Avropa Proqramı çərçivəsində yüksək performanslı hesablama, süni intellekt, məlumat və kibertəhlükəsizlik sahələrində kritik rəqəmsal infrastrukturların yaradılması və strateji əhəmiyyətli innovativ rəqəmsal texnologiyaların inkişafı ilk növbədə dəstəklənir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər