Bakı. TurkicWorld:
Müdafiə sənayesində olduğumuz kimi digər sahələrdə də lider olmalıyıq.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin Sədri Selçuk Bayraktar TEKNOFEST açılışında çıxışı zamanı deyib.
"Təxminən 1,5 il əvvəl idarə heyətimizdə Türkiyə Respublikasının 100-cü ildönümünü qeyd etmək üçün İstanbul, Ankara və İzmirdə TEKNOFEST təşkil etmək qərarına gəldik. İstanbulda TEKNOFEST-də 2,5 milyondan çox ziyarətçi qəbul edərək öz rekordumuzu yenilədik", - deyə o əlavə edib.
O, həmçinin qeyd edib ki, bu gün inkişaf etdirilən süni intellekt texnologiyaları gələcəkdə həyatımızda daha çox yer tutacaq.
"TEKNOFEST hər il daha da inkişaf edəcək. TEKNOFEST-i həyata keçirən T-3 Fondundakı dostlarımıza, yarışlarda iştirak edən iştirakçılara, ölkəmizin hər yerindən, dünyanın müxtəlif yerlərindən gələnlərə təşəkkür edirəm", - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST keçiriləcək.
Ləman Əsədli
Twitter: Lamanasadli01







