Son dəqiqə

Türkiyə Fəxrəddin Altun

"Türkiyə Əsri" sabitliyin, ədalətin, tərəqqinin və güclü bir dövrün adı olacaq - Fəxrəddin Altun

Bakı. TurkicWorld:

“Türkiyə Əsri" sabitliyin, ədalətin, tərəqqinin, güclü və firavan bir dövrün adı olacaq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz rəsmi sosial media hesabında bildirib.

“Bu gün biz 30 Avqust Qələbəsinin 101-ci ildönümünü qeyd edirik. Əsrlər boyu sahib olduğu iman və qəhrəmanlıq, göstərdiyi birlik və həmrəylik ruhu ilə bir çox çətinlik və bəlalardan xilas olan türk milləti heç vaxt zəncirlənməyəcəyini bütün dünyaya göstərdi. Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə zəfərə qədər aparılan azadlıq mübarizəmiz təkcə türk millətinin istiqlaliyyəti üçün deyil, həm də dövlət daxilində əzilmək, istismar olunmaq istəyən məzlumların azadlığı üçün də gözəl nümunə oldu. Bu münasibətlə Qazi Mustafa Kamal Atatürk başda olmaqla bütün qəhrəmanlarımızı, şəhidlərimizi rəhmətlə yad edirik. Xalqımızın 30 Avqust Zəfər bayramını ən səmimi hisslərimlə təbrik edirəm”,- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər