
Bakı. TurkicWorld:
Türkiyənin xarici işlər naziri Hakan Fidan 31 avqust tarixində Moskvaya rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.
Məlumata əsasən, Türkiyə XİN rəhbərinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi gözlənilir.
Bundan əlavə, səfər çərçivəsində regional və qlobal, xüsusilə də ikitərəfli münasibətlərin gündəliyində duran məsələlərə dair müzakirələrin aparılması nəzərdə tutulur.
Ləman Əsədli
Twitter: lamanasadli01