Əminə Ərdoğan Zəfər günü münasibətilə təbrik mesajı yayımlayıb

Əminə Ərdoğan Zəfər günü münasibətilə təbrik mesajı yayımlayıb

Bakı. TurkicWorld:

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Zəfər günü münasibətilə təbrik mesajı yayımlayıb.

TurkicWorld-un məlumatına görə, bununla bağlı Əminə Ərdoğan öz rəsmi sosial media hesabında paylaşım edib.

“30 Avqust Zəfəri türk millətinin sarsılmaz iradəsinin və əzminin göstəricisi, vətənpərvərlik və istiqlal inancının nəticəsidir. Bu zəfər, ürəyi vətən sevgisi ilə döyünən bir xalqın bütün dünyaya verdiyi ümid mesajıdır. Bu qələbənin işığında millətimizin gələcəyə inamla addımlayacağına inanır, başda Qazi Mustafa Kamal Atatürk olmaqla bütün qəhrəman şəhidlərimizi rəhmət yad edirəm. Bayramınız mübarək!",- deyə paylaşımda bildirilib.

Qeyd edək ki, avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

Aytac Süleymanova

Twitter: a_alieva_