"Abdülhamid Han" qazma gəmisi Akseki-1 quyusunda qazma işlərinə başlayıb

"Abdülhamid Han" qazma gəmisi Akseki-1 quyusunda qazma işlərinə başlayıb

Bakı. TurkicWorld:

"Abdülhamid Han" qazma gəmisi Akseki-1 quyusunda qazma işlərinə başlayıb.

TurkicWorld-un məlumatına görə, "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) Şərqi Aralıq dənizində qazma işlərini sürətləndirib. Dənizlərdə kəşfiyyat və hasilat donanmasına qoşulmasının birinci ildönümündə yeni kəşflər üçün yola çıxan Abdulhamid Han qazma gəmisi Akseki-1 quyusunda qazma işlərinə başlayıb.

Akseki-1 quyusu Şərqi Aralıq dənizində ən yüksək potensiala malik yataqdır. Qazma işlərində iştirak edən Abdulhamid Han, həm texniki təchizat, həm də fiziki xüsusiyyətləri ilə dəniz donanmasının ən güclüsü olaraq seçilir.

Gəminin uzunluğu 230 metr, eni 42 metr, çəkisi 60 min tondur. Yeddinci nəsil texnologiya ilə təchiz edilmiş gəmi 12 min 200 metrə qədər qazma qabiliyyətinə malikdir. Qoşa qülləli aktiv mövqeləşdirmə sisteminə sahib olan gəmi, keçən il TPAO tərəfindən 180 milyon dollara alınıb.

Aytac Süleymanova

Twitter: a_alieva_