
Bakı. TurkicWorld:
Kipr Rum Administrasiyası adanın yeganə nümayəndəsi deyil.
TurkicWorld-un məlumatına görə, bu barədə AK partiya sözçüsü Ömer Çelik deyib.
Ömer Çelik Şimali Kipr Tür Respublikasının (KKTC) bəyanatını tam dəstəklədiyini bildirib.
"BMT-nin bu vəziyyəti bərabərlik əsasında, prinsipial şəkildə qiymətləndirməsini gözləyirik. Adada iki bərabər cəmiyyət və iki suveren dövlət mövcuddur” – deyə Çelik qeyd edib.
Xatırladaq ki, ötən günlərdə BMT sülhməramlıları Pile-Yiğitler yolunun tikiləcəyi əraziyə beton bloklar qoyaraq prosesin qarşısını almağa çalışıblar.
KKTC təhlükəsizlik qüvvələri BMT-yə məxsus avtomobilləri və beton blokları buldozerlər vasitəsi ilə bölgədən uzaqlaşdırıb.
Hafiz Rufizoğlu