Prezident Ərdoğanla strateji ortaqlıq müqaviləmiz var - Albaniyanın baş naziri

Prezident Ərdoğanla strateji ortaqlıq müqaviləmiz var - Albaniyanın baş naziri

Bakı. TurkicWorld:

Prezident Ərdoğanla strateji ortaqlıq müqaviləmiz var.

TurkicWorld-un məlumatına görə, bu sözləri Albaniyanın baş naziri Edi Rama, Albaniyanın Türkiyə və Yunanıstanla münasibətləri ilə bağlı açıqlaması zamanı deyib.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla strateji ortaqlıq müqaviləmiz var. Prezident Ərdoğan heç vaxt yunan əleyhdarı olmayıb. Yunanıstanın üzləşdiyi ağır böhran zamanı o, bu vəziyyətdən istifadə edib daha da gərginlik yaratmadı, çünki o, Yunanıstanı məhv etmək istəsəydi və ya niyyətində olsaydı, yaranmış gərginlikdən istifadə edərdi, amma etmədi. Doğrudan da, mən prezident Ərdoğanda Yunanıstana və yunan xalqına qarşı pis niyyət görməmişəm”,- deyə Albaniyanın baş naziri bildirib.

Xatırladaq ki, Albaniya ilə Türkiyə arasındakı diplomatik əlaqələr 1923-cü ildən bəri qurulub.

Aytac Süleymanova

Twitter: a_alieva_