Bakı. TurkicWorld:
Azərbaycandan ərazisindən gələn, Ermənistanın İran sərhədi yaxınlığındakı Zəngəzur dəhlizindən keçərək Qarsa çatan alternativ dəhliz yaradılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
“Azərbaycan hazırda Zəngəzura çatmaq üzrədir. İğdır və Qarsda da işlər bu il tamamlanacaq”, - deyə o bildirib.
Bundan əlavə, A.Uraloğlu Bakı-Tbilisi-Qars xəttinin tamamilə yenilənəcəyini vurğulayıb.
Ləman Əsədli
Twitter: lamanasadli01