Son dəqiqə

Türkiyə Kahramanmaraş yanğın

Kahramanmaraşda təkrar emal fabrikində yanğın baş verib

Bakı. TurkicWorld:

Kahramanmaraşda təkrar emal fabrikində yanğın baş verib.

TurkicWorld-un məlumatına görə, tüstüdən təsirlənən iki fabrik işçisi və bir mühafizəçi xəstəxanaya aparılıb.

Kağız və tullantı plastiklərin də saxlandığı fabrikdəki yanğın naməlum səbəbdən baş verib.

Xəbərdarlıq üzərinə əraziyə çoxlu sayda yanğınsöndürən göndərilib.

Məluat üçün qeyd edək ki, fabrikdan ara-ara partlayış səslərinin eşidildiyi bildirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər