Türkiyədə NASA kimi texnoloji qurum yaradılmalıdır - Eray Güçlüer

Türkiyədə NASA kimi texnoloji qurum yaradılmalıdır - Eray Güçlüer

Bakı. TurkicWorld:

Türkiyədə NASA kimi texnoloji qurum yaradılmalıdır.

TurkicWorld xəbər verir ki, bu fikirləri Türkiyənin Təhlükəsizlik Analitiki Dr. Eray Güçlüer bildirib.

O, həmçinin qeyd edib ki, Türkiyənin müdafiə sənayesindəki inkişafı həm də kosmik tədqiqatları gücləndirəcək.

"Türkiyənin ilk yerli və milli zond raketi ölkəmizin kosmos texnologiyalarında əldə etdiyi uğuru göstərmək baxımından ən yaxşı nümunədir. Zond raketi atmosferin 330 kilometrinə qədər qalxıb. İkinci mərhələnin 550 km-ə çatdırılması planlaşdırılır", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin "Roketsan" şirkəti tərəfindən hazırlanan zond raketi 13 avqust tarixində İğneadadan kosmosa göndərilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01