Son dəqiqə

Türkiyə təbii qaz

Türkiyədə təbii qaz ixracında tətbiq olunacaq prinsiplər müəyyən edilib

Bakı. TurkicWorld:

Türkiyədə təbii qaz ixracında tətbiq olunacaq prinsiplər müəyyən edilib.

TurkicWorld xəbər verir ki, bu barədə qərar Türkiyənin Rəsmi Qəzetində dərc edilib.

Məlumata əsasən, müvafiq qanunvericiliyin müddəalarına zidd olmamaq şərti ilə ötürücü şirkət hər bir ixrac çıxış nöqtəsində tətbiq olunacaq tutumun qiymətini sərbəst müəyyən edəcək.

Ötürücü şirkət növbəti təqvim ilində hər bir ixrac çıxış məntəqəsində tətbiq olunacaq ötürmə qabiliyyəti haqqını və bu haqqın tətbiqi şərtlərini hər ilin noyabr ayında müəyyən edəcək və öz internet səhifəsində elan edəcək.

Qeyd edək ki, qərar yalnız boru kəməri vasitəsilə təbii qazın nəqli fəaliyyəti ilə məşğul olan lisenziya sahiblərinə aiddir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər