Mal və xidmətlərin ixracını artırmaq səylərimizi davam etdirəcəyik – Ömer Bolat

Mal və xidmətlərin ixracını artırmaq səylərimizi davam etdirəcəyik – Ömer Bolat

Bakı. TurkicWorld:

Mal və xidmətlərin ixracını artırmaq səylərimizi davam etdirəcəyik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Ticarət naziri Ömer Bolat deyib.

“Türkiyə iqtisadiyyatında mühüm struktur transformasiya sahəsi kimi cari əməliyyatlar hesabının daimi təkmilləşdirilməsi innovasiya yönümlü investisiya və istehsal, ixrac və məşğulluq prioritetlərimiz çərçivəsində makromaliyyə sabitliyini gücləndirəcək və davamlı rifahın yüksəldilməsi üçün mühüm qazanc olacaqdır.” – deyə Bolat əlavə edib.

O qeyd edib ki, Türkiyənin cari hesabı 20 aydan sonra iyunda 674 milyon dollar müsbət saldo (müəyyən dövrdə pul daxilolmaları (gəlirləri) ilə xərcləri arasındakı fərq) verib.

Məlumat üçün bildirək ki, Türkiyənin cari hesabı 2021-ci ilin oktyabr ayından bəri ilk dəfə olaraq iyunda 674 milyon dollarla müsbət saldo verib.

Hafiz Rufizoğlu