Son dəqiqə

Türkiyə BMT Milli Təhlükəsizlik Şurası Qurani-Kərim

Nifrət cinayətləri ilə mübarizə aparmaq hər bir dövlətin öhdəliyidir– MGK

Bakı. TurkicWorld:

Nifrət cinayətləri ilə mübarizə aparmaq hər bir dövlətin öhdəliyidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurası (MGK) bəyanat yayıb.

“İslam dinini hədəf alaraq iki milyarda yaxın müsəlmanı incidən və Birləşmiş Millətlər Təşkilatı tərəfindən nifrət cinayəti kimi qələmə verilən iyrənc hərəkətlərin qarşısının alınması və cinayətkarların cəzalandırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyən dövlətləri birgə mübarizə aparmağa dəvət edirik” – deyə bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, dövlətlər ifadə azadlığı adı altında törədilən cinayətlərin dağıdıcı nəticələrini bir an əvvəl dərk etməlidirlər.

Xatırladaq ki, iyulun 25-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müqəddəs kitablara qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan və bu cür hərəkətləri kəskin şəkildə pisləyən qətnamə layihəsi qəbul edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər