Bakı. TurkicWorld:
Çin Türkiyənin regional və beynəlxalq arenada mühüm rolunu dəstəkləyir və Türkiyənin daxili işlərinə hər hansı xarici qüvvələrin müdaxiləsinə qarşıdır.
TurkicWorld xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı bildirib.
"Çin Türkiyədən daha çox keyfiyyətli məhsul idxal etməyə, iki ölkə arasında ticarətdə yerli valyutalardan istifadəni genişləndirməyə, daha çox Çin şirkətini Türkiyədə inkişaf etdirməyə və investisiya qoymağa təşviq etməyə hazırdır”, - deyə Vanq Yi vurğulayıb.
Qeyd edək ki, Çinin Mərkəzi Komissiyasının direktoru və xarici işlər naziri Vanq Yi 26 iyul tarixində Türkiyəyə rəsmi səfər edib.
Ləman Əsədli
Twitter: Lamanasadli01







