Son dəqiqə

Hakan Fidan Türkiyə XİN ABŞ- İran gərginlikləri İran ABŞ dolayı danışıqları ABŞ İran gərginliyi Abbas Əraqçi

Hakan Fidan və Abbas Əraqçi ABŞ ilə İran arasındakı müzakirə prosesini dəyərləndiriblər

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə İranın Xarici İşlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

TurkicWorld xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən əldə edilən məlumata görə, tərəflər regional sabitlik üçün kritik əhəmiyyət kəsb edən məsələləri ətraflı müzakirə ediblər. Danışıqlar zamanı əsas diqqət İran və ABŞ nümayəndə heyətləri arasında davam edən sülh müzakirələrinə və bu prosesdəki son vəziyyətə yönəlib.

Nazir Hakan Fidan Türkiyənin bölgədəki gərginliyin azaldılması və tərəflər arasında dialoqun davam etdirilməsi istiqamətindəki prinsipial mövqeyini həmkarının diqqətinə çatdırıb. Hər iki nazir diplomatik kanalların açıq saxlanılmasının vacibliyini vurğulayaraq, müzakirələrin gələcək mərhələləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin ikitərəfli münasibətlər və regionda təhlükəsizliyin təmin olunması istiqamətində atılacaq birgə addımlar nəzərdən keçirilib.

Mövzuya görə xəbərlər