Son dəqiqə

PKK İstanbul Türkiyə Daxili İşlər Nazirliyi terror aktı

İstanbulda terror aktının qarşısı alınıb

Bakı. TurkicWorld:

İstanbulda terror aktının qarşısı alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Başakşehir ərazisində terror aktına hazırlaşan PKK terror təşkilatının üzvləri Fatimə Əl Musa və Velat Jamo İstanbul Polisi tərəfindən saxlanılıb.

Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər