Universitetimizə ən çox müraciət qardaş ölkəmiz Azərbaycandan olub.
Bu barədə TurkicWorld-a özəl açıqlamasında Türkiyənin Balıkəsir Universitetinin rektoru Yücel Oğurlu bildirib.
“Universitetimizdə beynəlxalqlaşma məqsədləri çərçivəsində əcnəbi tələbələrin sayını artırmaq üçün xüsusi araşdırma aparırıq. Uzun illərdən sonra universitetimiz bu il ilk dəfə öz beynəlxalq tələbə imtahanını (BAUN YÖS) keçirib. Bundan əlavə, hazırda beynəlxalq imtahanlarda uğur qazanan tələbələrdə universitetimizə müraciət edirlər”. – deyə rektor qeyd edib.
Onun sözlərinə görə, diplom qiymətləri yüksək olan tələbələr tezliklə universitetə sənəd vermə imkanı əldə edəcəklər.
“Biz Azərbaycan, Qazaxıstan, Qətər, Misir və Mərakeşdə öz qəbul imtahanlarımızı etdik. Ən çox müraciət dost və qardaş ölkəmiz olan Azərbaycandan olub. Yenə də 50-yə yaxın ölkədən, xüsusən də Rusiya, Özbəkistan, Qazaxıstan, Şimali Afrika və Balkan ölkələrindən namizəd tələbələr üstünlük təşkil edirlər”. – deyə Oğurlu əlavə edib.
Xaricdən gələn tələbələrin bütün ehtiyacları və tələbləri ilə yaxından maraqlandıqlarını qeyd edən rektor, xarici tələbələrə yerləşmə, nəqliyyat, Balıkəsirdə həyat və şəxsi inkişaf çərçivəsində dəstək olmağa önəm verdiklərini sözlərinə əlavə edib.
“Balıkəsir Universitetinin beynəlxalqlaşma məqsədləri üçün güclü potensialı var. Universitetimizin idarəçi heyyətləri olaraq bu potensialı düzgün idarə etmək üçün mühüm işlər görürük”. – deyə o bildirib.
Bir çox sahələrdə marka olan fakultələrinin olduğunu qeyd edən rektor, şəhərdə də universitetin bu potensialı öz yeri və imkanları ilə dəstəklədiyini vurğulayıb.
“Bizim əsas məqsədlərimizdən biri bu vizyona uyğun olaraq Universitetimizi daha görünür və tanınır etməkdir. Bu çərçivədə təxminən 6 ay müddətində 20-dən çox yeni beynəlxalq müqavilə imzalamışıq. Xüsusilə ERASMUS çərçivəsində 300-ə yaxın universitetlə əməkdaşlıq müqavilələrimiz var. Bu müqavilələrə hər gün yeniləri əlavə olunur”. – deyə o bildirib.
Avropa ölkələri və qardaş Türk Cümhuriyyətləri ilə bağlanmış müqavilələr çərçivəsində tələbə və professor-müəllim heyəti səviyyəsində mübadilə proqramları həyata keçirdiklərini qeyd edən Oğurlu, xüsusilə qardaş ölkələr Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Bosniya və Herseqovina başda olmaqla əməkdaşlıqlarını genişləndirərək müqavilələrin sayını artırmaq istədiklərini bildirərək, Gürcüstandan Rusiyaya, Albaniyadan Mərakeşə qədər bütün ölkələrlə akademik işbirliklərinin müsbət töhfələr verəcəyini düşündüklərini qeyd edib.
“Türk dünyasının birliyinin bölgənin mədəni, sosial və iqtisadi iqliminə təsirlərinin fərqindəyik. Biz universitet olaraq bu potensialdan təhsil sahəsində də istifadəyə xüsusi önəm veririk. Mən Türkiyə ilə birgə yaradılmış həm Qazaxıstan, həm də Bosniya-Herseqovina universitetində işləmişəm. Türkiyə və Azərbaycanda birlikdə universitet qurmaqla təhsil sahəsində də dostluq və qardaşlıq əlaqələrini qoruyub saxlaya biləcək”. – deyə rektor əlavə edib.
Azərbaycanda bu zamana qədər başqa ölkələrin açdığı yüzlərlə məktəbin olduğunu bildiklərini qeyd edən Oğurlu Türkiyənin çətin anlarda qardaş Azərbaycanla yan-yana olmağa hər zaman hazır olduğunu və bunun eyniliklər təhsil sahəsində olduğunu düşündüyünü də bildirib.
“Ümid edirəm ki, bu, tezliklə baş verəcək və Azərbaycanda ümumi təhsil təcrübəmiz bir araya gələcək və tətbiq olunacaq”. – deyə o əlavə edib.
Tələbələrinin təhsilləri boyu nəzəri və praktiki təlimlərlə öz sahələrində ixtisaslı məzun olmalarına dəstək olduqlarını ifadə edən Oğurlu, məzun məşğulluq ofisi, Karyera Araşdırma və Tətbiq Mərkəzi, Texnopolis və Texnologiya Transfer Ofisi kimi fakultələrlə tələbələrinə və məzunlarına fərqli imkanlar təqdim etdiklərini bildirib.
“Tələbələrimiz məzun olana qədər böyük və mühüm layihələrdə iştirak edə bilərlər. Şəhər və sənaye ilə əməkdaşlığımız sayəsində tələbələrimizin məzun olduqdan sonra işlə təmin olunması üçün işlərimizi davam etdiririk”. – deyə rektor qeyd edib.
30 ildən artıq bir müddətdə minlərlə məzun verən bir universitet olduqlarını əlavə edən Oğurlu məzunların Türkiyənin hər yerində və dünyanın müxtəlif yerlərində mühüm idarə və qurumlarda xidmət etdiklərini də vurğulayıb.
“Məzunlarımız müxtəlif sektorlarda fəal iştirak edirlər. Bizdən məzun olan, bir çox universitetlərdə çalışan akademiklərimiz də var. Turizm fakültəmiz uzun illərdir təşkil etdiyi Karyera Günlərini keçmiş məzunlarının iştirakı ilə təşkil edir. Bu əməkdaşlıq həm də hazırkı tələbələrimizin xeyrinə nəticələr verir. Tələbələrimizə bir çox güzəştlər, xüsusilə də təcrübə keçmək və məşğulluq kimi imkanlar nəzərdə tutulub”. – deyə o əlavə edib.
Universitetin əsas şəhərciyi olan Çağış Kampusu Türkiyənin ən böyük universitet şəhərciklərindən biridir, yeməkxanalar, sosial, mədəni və idman obyektləri.
“Təhsil fakültəmizin əsasını təşkil edən Müəllimlər Evi (Darül müəllim) 1912-ci ildə yaradılıb. Digər fakültələrimiz 30 ildən artıqdır ki, öz görkəmli professor-müəllim heyəti ilə ali təhsil xidmətləri göstərirlər. Bufetimizdə tələbələrimizə nahar üçün dörd növ yemək təklif olunur və bunun təxminən ¾-ü universitetimiz tərəfindən təmin edilir. Bundan əlavə, kampusumuzda yeməkxanalar, görməli yerlər, üzgüçülük hovuzu, marketlər və yataqxanalar var. Qızlar və oğlanlar üçün özəl yataqxanalarla yanaşı, Kredit və Pansiyonlar Təşkilatına məxsus oğlan və qızlar üçün yataqxanalar da var. Yeni dövrdə yeni kafe, restoran və ticarət obyektlərinin də tikintisi nəzərdə tutulur”. – deyə rektör qeyd edib.
Universitet Xəstəxanasının da əsas kampusda yerləşdiyini qeyd edən Oğurlu, təbiətlə iç-içə olan kampusda tələbələrin bir çox ehtiyaclarını, xüsusilə də yerləşmə və qidalanma, sosial, mədəni və idman ehtiyaclarını eləcə də təhsil və tədqiqat imkanlarını qarşılaya bildiklərini bildirib.
“Tələbələrimizin akademik inkişafını akademik cəhətdən təcrübəli və dinamik heyətlə dəstəkləyirik”. – deyə Oğurlu əlavə edib.