Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan BƏƏ Məhəmməd Bin Zayed Al Nahyan

Türkiyə ilə əlaqələrimizin daha da güclənəcəyinə inanırıq – BƏƏ prezidenti

Bakı. TurkicWorld:

Türkiyə ilə əlaqələrimizin daha da güclənəcəyinə inanırıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd Bin Zayed Al Nahyan deyib.

“BƏƏ Türkiyəni xüsusilə ticarət, texnologiya, enerji, təhlükəsizlik və ərzaq sahələrində əsas tərəfdaş hesab edir. Ötən il qeyri-neft ticarətimizin həcmi 40 faiz yaxşılaşıb. Qarşıdakı 5 ildə 40 milyard dollara çatmağı hədəfləyirik” – deyə prezident bildirib.

O qeyd edib ki, noyabrda Dubayda keçiriləcək COP 28 İqlim Konfransında Türkiyənin fəal iştirakına önəm verirlər.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-yə rəsmi səfər edib.

Səfər zamanı Türkiyə və BƏƏ arasında 50 milyard dollarlıq razılaşma imzalanıb.

Mövzuya görə xəbərlər