Son dəqiqə

Türkiyə PUA Səudiyyə Ərəbistanı Baykar

Səudiyyə Ərəbistanı Türkiyədən "AKINCI" TİHA alacaq (ÖZƏL)

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanı Türkiyədən “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı (Taarruzi İnsansız Hava Aracı) alacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Baykar şirkətinin baş direktoru Haluk Bayraktar ilə Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Halid Bin Hüseyn Əl Bayari arasında müqavilə imzalanıb.

Xatırladaq ki, Ərdoğan 17 iyul tarixində Səudiyyə Ərəbistanına səfər edib. O, vəliəhd şahzadə ilə görüş keçirib.

Qeyd edək ki, ilk mühərrik inteqrasiya testini 1 sentyabr 2019-cu ildə tamamlayan "AKINCI" PUA-ları ilk uçuşunu 6 dekabr 2019-cu ildə uğurla həyata keçirib. "AKINCI" ilk uçuşundan təxminən 1,5 il sonra, 29 avqust 2021-ci ildə Türkiyə Hərbi Qüvvələrinin inventarına daxil olub.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər