Kılıçdaroğlunun seçki vədləri açıqlanıb

Kılıçdaroğlunun seçki vədləri açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu seçkilərdən öncə Zəfər Partiyasının rəhbəri Ümit Özdağa daxili işlər naziri postu üçün vəd verib.

TurkicWorld xəbər verir ki, bu barədə Ümit Özdağ açıqlama verib.

Ü.Özdağ onu da qeyd edib ki, partiyasına Milli Kəşfiyyat Təşkilatı (MİT) üçün də söz verilib.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

Nəticədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 milyon 834 min 574 (52,18 %), Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 25 milyon 475 min 724 səs (47,82 %) toplayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01