Son dəqiqə

Türkiyə Kanada ASELSAN TUSAŞ

Türkiyə PUA-larını yerli kamerayla təchiz edəcək

Bakı. TurkicWorld:

Türkiyə PUA-larını yerli kamerayla təchiz edəcək.

TurkicWorld-un məlumatına görə, Kanada WESCAM MX-15D EO/IR tipli FLIR görüntüləmə sistemini Türkiyəyə ixrac etməkdən imtina etdikdən sonra Türkiyə bu qərara Aselsan tərəfindən yerli və milli toxunuşla hazırlanmış CATS sistemi ilə cavab verib.

CATS Pilotsuz Uçuş Aparatları (PUA) üçün hazırlanmış yüksək performanslı elektro-optik, kəşfiyyat, müşahidə və hədəf təyinetmə sistemidir. Bir kanalda çoxsaylı optik kanalları birləşdirən multispektral optik diafraqma sayəsində sistem ölçü və çəki artımı olmadan əlverişsiz hava şəraitində belə yüksək diapazona və təsvir performansına malikdir.

Türkiyə tərəfindən hazırlanmış CATS, Bayraktar TB2 və ANKA-S SİHA-ların inteqrasiyası tamamlanıb və aktiv şəkildə istifadə edilməyə başlanıb.

ASELSAN CATS-in ümumi xüsusiyyətləri:

• 220 mm Diametrli Ümumi Optik diafraqma

• IR, HDTV, DI-NIR Kameraların dar görünüş sahəsi və çox dar baxış sahəsi üçün çox böyük optik diafraqma

• Daha böyük optik diafraqma sayəsində daha yaxşı şəkil keyfiyyəti və daha çox işıq qəbulu ilə daha uzun diapazon

• Kiçik və Yüngül Sistem

• Tək “On-line dəyişdirilə bilən vahid”

Xatırladaq ki, Kanada hökuməti 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək verməsi səbəbindən Türkiyəyə silah embarqosu qoyub.

Məlumat üçün bildirək ki, Vətən müharibəsində Azərbaycana dəstək verdiyi üçün Türk Aerokosmik Sənaye A.Ş.-yə (TUSAŞ) embarqo qoyan Kanadanın “Telemus Systems Inc.” şirkəti müflis olub.

Mövzuya görə xəbərlər