Bayden F-16 qırıcılarının Türkiyəyə tədarükü ABŞ-ın maraqlarına uyğun olduğunu bildirib

Bayden F-16 qırıcılarının Türkiyəyə tədarükü ABŞ-ın maraqlarına uyğun olduğunu bildirib

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib ki, Türkiyəyə F-16 qırıcılarının tədarükü Amerikanın maraqlarına uyğundur.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.

C.Salivan qeyd edib ki, Bayden danışıqlar zamanı öz mövqeyində aydın və ardıcıl olub və hesab edib ki, F-16 qırıcılarının satışı həm NATO alyansı, həm də ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlər üçün məna kəsb edir.

Bundan əlavə, C.Sallivan onu da bildirib ki, iki dövlət başçıları Kiyevə hərbi yardım məsələsini müzakirə ediblər və NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.