Ərdoğanla Ukrayna prezidenti arasındakı görüş başlayıb

Ərdoğanla Ukrayna prezidenti arasındakı görüş başlayıb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimr Zelenski İstanbulda Vahdettin Köşkündə görüşləri başlayıb.

TurkicWorld-un məlumatına görə, iki liderin görüşlərindən sonra birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, iclasda iki ölkə arasındakı əlaqələr, Rusiya-Ukrayna müharibəsində son hadisələr və iyulun 17-də müddəti başa çatacaq Qara dəniz taxıl dəhlizi sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə olunacaq.