Bakı. TurkicWorld:
İsveçin NATO-ya üzvlüyü bugün Brüsseldə müzakirə olunacaq.
TurkicWorld-un məlumatına görə, bugün Belçikanın paytaxtı Brüsseldə Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli toplantı keçiriləcək.
İclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və prezidentin baş müşaviri Akif Çağatay Kılıç təmsil edəcək.
İclasda iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində İsveçin üzvlük məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, terrorla mübarizə qanununa edilən dəyişiklik qüvvəyə minsə də, İsveç Türkiyənin tələb etdiyi PKK və FETÖ terror təşkilatlarının üzvlərini hələ də ekstradisiya etməyib. Bu addımlar atılmasa, Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyəcəyini açıq şəkildə bildirib.