Almaniyanın ən böyük şirkətlərindən biri İzmirdə fabrika açır

Almaniyanın ən böyük şirkətlərindən biri İzmirdə fabrika açır

Bakı. TurkicWorld:

Alman bağlayıcılar və sənaye emal sistemləri istehsalçısı Böllhoff İzmir Sərbəst Bölgəsində (İZBAŞ) fabrik açır.

TurkicWorld-un məlumatına görə, 25 ölkədə 14 istehsal müəssisəsi ilə fəaliyyətini davam etdirən Almaniyanın ən böyük şirkətlərindən biri Böllhoff, İZBAŞ-da quraşdırma işlərinə başlayaraq 600 milyon lirəyə başa gələcək fabrikanın əsasını qoyub.

Fabrika gələn ilin iyun ayında istifadəyə veriləcək.

İZBAŞ-ın baş direktoru Gürsel Bahçıvancılar bildirib ki, fabrikdə külək enerjisindən avtomobilə, aviasiyadan ağ əşyaya qədər bir çox sektor üçün xüsusi məhsullar istehsal ediləcək və bu investisiya Türkiyə iqtisadiyyatına əlavə dəyər qatacaq.