Türkiyə boğazlarından keçən gəmilərdən alınan ödənişlərin qiyməti sabahdan etibarən yenilənəcək

Türkiyə boğazlarından keçən gəmilərdən alınan ödənişlərin qiyməti sabahdan etibarən yenilənəcək

Bakı. TurkicWorld:

Türkiyə boğazlarından heç bir limanda dayanmadan keçən gəmilərdən alınan ödənişlərin müəyyən edilməsi üçün istifadə edilən xalis ton vahidinin dəyəri sabahdan etibarən 4,42 dollar olacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyindən bildirilib.

Qeyd edək ki, Türkiyə Prezidentinin qərarına əsasən, Boğaz keçişi rüsumları Prezidentin qərarına ehtiyac olmadan hər il iyulun 1-də yenidən hesablanacaq və avtomatik olaraq yenilənəcək.

Xatırladaq ki, Boğaz keçişi rüsumlarında Montrö Konvensiyasının müəyyən etdiyi qaydalar tətbiq edilir.

1983-2022-ci illərdə boğazlardan keçən beynəlxalq gəmilərdən hər xalis ton üçün 0,8063 dollar alınıb. 2022-ci ildə isə bu ödənişin yenilənərək 4,08 dollara yüksəldilib.