İran, Zəngəzur dəhlizinin açılması ilə Türk dünyasında yaranacaq geosiyasi bütünlüyə qarşı çıxa bilməz - Murat Yeşiltaş (ÖZƏL)

İran, Zəngəzur dəhlizinin açılması ilə Türk dünyasında yaranacaq geosiyasi bütünlüyə qarşı çıxa bilməz - Murat Yeşiltaş (ÖZƏL)

Bakı, TurkicWorld:

İran, Zəngəzur dəhlizinin açılması ilə Türk dünyasında yaranacaq geosiyasi bütünlüyə qarşı çıxa bilməz.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyənin SETA araşdırma mərkəzinin xarici siyasət araşdırmaları direktoru, Türkiyəli siyasətçi Prof.Dr. Murat Yeşiltaş deyib.

"Prezident Ərdoğan Zəngəzur dəhlizinin açılması prosesində İranın maneə yaratdığını bildirib. Bu qəti və sərt bir ifadədir. Türkiyənin Azərbaycana qarşı olan prioritetləri və yanaşması ilə İranın yanaşma və prioritetləri çox fərqlidir. Türkiyə və Azərbaycanın yaxınlığı, 44 günlük Vətən müharibəsindən sonra bu yaxınlığın daha da güclənməsi və stabilləşməsi İranı ciddi şəkildə narahat etməyə başladı",- deyə o qeyd edib.

Türkiyəli siyasətçinin sözlərinə görə, İran getdikcə tək çarəni Ermənistana yaxınlaşmaqda və Zəngəzur dəhlizinin açılmasına mane olmaqda gördü. İran düşünür ki, Zəngəzur dəhlizinin açılması ilə Türk dünyasında yaranacaq geosiyasi bütünlüyə qarşı çıxacaq, amma bu mövzuda İran heç bir maneə yarada bilməyəcək.

Murat Yeşiltaş hesab edir ki, Ermənistan artıq Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşır.

"Bundan əlavə, Prezident Ərdoğan yeni dönəmin vacib referans mövzusu olan, İranın İraq və Suriyadakı qeyri-stabilləşdirici roluna da diqqət şəkib. Bəlkə də irəlidəki zamanlarda Orta Şərqdə, Qafqaz bölgəsində, xüsusilə Cənubi Qafqazda İranla türklər arasında rəqabət və qarşıdurma, Tehran və Ankara arasında da müəyyən gərginliklər yaşana bilər" ,- deyə o əlavə edib.

Aytac Əliyeva

Twitter: a_alieva_