Bakı. TurkicWorld:
Türkiyə Silahlı Qüvvələrinin (TSK) ehtiyacları yerli imkanlar hesabına qarşılanır.
TurkicWorld-un məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin silah sistemləri və maşınları üçün yerli imkanlarla 18 min 89 ədəd müxtəlif material istehsal olunur.
Hava platformaları və yerüstü dəstək sistemləri üçün kontadan vintə, kapotdan qanadına, yanacaq çənindən mühərrik hissələrinə qədər lazımi materiallar, pilotların geyindiyi kompozit dəbilqələr - bütün bunların hamısı yerli fabriklərdə istehsal olunur.



















