Türkiyə, Finlandiya, İsveç və NATO arasında kritik görüş keçiriləcək

Türkiyə, Finlandiya, İsveç və NATO arasında kritik görüş keçiriləcək

Bakı. TurkicWorld:

Türkiyə, Finlandiya, İsveç və NATO arasında Daimi Birgə Mexanizmin dördüncü iclası iyunun 14-də Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıçın ev sahibliyi ilə külliyədə keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Rabitə Komitəsindən verilən açıqlamada qeyd edilib.

"Üçlü razılaşmaya uyğun olaraq qurulan Türkiyə, Finlandiya, İsveç və NATO nümayəndə heyətlərinin iştirak edəcəyi Daimi Müştərək Mexanizmin dördüncü iclası 14 İyun 2023 Çərşənbə günü saat 09.00 'da Prezident Külliyesinde keçiriləcək.” – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, NATO Baş Katibi Stian Yenssen, İsveç Xarici İşlər Nazirliyinin dövlət katibi səfir Yan Knutsson və Finlandiya nümayəndə heyətinin başçısı Jukka Salovaara iclasa qatılacaq.