Bakı. TurkicWorld:
Türkiyə Miqrasiya Baş İdarəsi, ölkəyə qeyri-qanuni yollarla daxil olan 136 Əfqanıstan vətəndaşını deportasiya edib.
TurkicWorld-un məlumatına görə, bu çərçivədə İstanbul və Kocaeli İl Miqrasiya İdarəsi Müdirliklərinin geri qaytarma mərkəzlərində inzibati həbsdə saxlanılan, Əfqanıstandan olan 136 qeyri-qanuni mühacir Esenboğa hava limanına gətirilib. Hüquq-mühafizə orqanlarının nəzarəti altında təhlükəsizlik məntəqəsindən keçən qeyri-qanuni mühacirlər, Əfqanıstan Hava Yollarına məxsus təyyarə ilə ölkələrinə göndərilib.
Bu il Əfqanıstana 28 çarter reysi və müntəzəm uçuşlar çərçivəsində 13 min 725 qeyri-qanuni miqrant deportasiya edilib.
Qeyd edək ki, ilin əvvəlindən ölkə üzrə 42 min 685 qeyri-qanuni miqrant öz ölkələrinə göndərilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, 2016-cı ildən bəri müxtəlif yollarla Türkiyəyə daxil olan və ölkələrinə geri göndərilən qeyri-qanuni miqrantların sayı 320 min nəfəri keçib.