Türkiyənin Şırnak vilayətində terror əməliyyatı keçirilib

Türkiyənin Şırnak vilayətində terror əməliyyatı keçirilib

Bakı. TurkicWorld:

Türkiyənin Şırnak vilayətində terror təşkilatı PKK/KCK-PYD/YPG-yə qarşı keçirilən əməliyyatlarda dörd şübhəli saxlanılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi bildirib.

Saxlanılan şübhəlilərdən ikisi hakim tərəfindən həbs edilərkən, ikisi məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, bu gün İstanbulda da İŞİD terror qruplaşması üzvlərinə qarşı əməliyyat həyata keçirilib.