Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər edəcək

Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər edəcək

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 iyun tarixində Şimali Kipr Türk Respublikasına, 13 iyun tarixində isə Azərbaycana rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, prezident Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşəcəyi gözlənilir.

Məlumata əsasən, görüş zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində atılacaq addımlar və əməkdaşlıq sahələri müzakirə olunacaq, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 28 may tarixində yenidən Türkiyə prezidenti seçilib.

Ləman Əsədli
Lamanasadli01