Türkiyədə raket fabrikində partlayış baş verib

Türkiyədə raket fabrikində partlayış baş verib

Bakı, TurkicWorld:

Türkiyənin paytaxtı Ankarada yerləşən MKE raket və partlayıcı sursatlar fabrikində səhər saatlarında naməlum səbəbdən partlayış baş verib.

TurkicWorld xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib.

İlkin məlumata əsasən, yanğın söndürülsə də partlayış nəticəsində beş nəfər həyatını itirib və yaralananlar var.

Qeyd edək ki, fabrik Türkiyənin Milli Müdafiə və Daxili İşlər Nazirliklərinin raket və partlayıcı sursat ehtiyaclarını ödəmək üçün fəaliyyət göstərir, eyni zamanda fabrikdə dinamik atış sınaqları həyata keçirilir.

Ləman Əsədli
Lamanasadli01