Türkiyə çip texnologiyasında Qətərlə 60 milyon dollarlıq razılaşma imzalayacaq - Türkiyəli nazir

Türkiyə çip texnologiyasında Qətərlə 60 milyon dollarlıq razılaşma imzalayacaq - Türkiyəli nazir

Bakı, TurkicWorld:

Türkiyə çip texnologiyasında Qətərlə 60 milyon dollarlıq razılaşma imzalayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır jurnalistlərə açıqlamasında deyib.

Türkiyəli nazir onu da qeyd edib ki, Qətər avadanlıqların təchizatında, Türkiyə isə insan resurslarında aktiv rol oynayacaq.

"Çip dizaynerlərini və Arçelik və Vestel kimi böyük markaları bir araya gətirir və onları təşviq edirik. İstanbul İnkişaf Agentliyi kiçik dizayn qruplarını cəlb edir, tezliklə bunları da bildirəcəyik. Ölkədə dizayn ekosistemini aktivləşdirəcəyik", - deyə o vurğulayıb.

Ləman Əsədli

Twitter: lamanasadli01